Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir H.Vəliyev /
İlin sonuna qədər Bakıda internetə simsiz çıxış şəbəkəsi genişləndiriləcək. Bu barədə Trend -a "DataCell" MMC-dən xəbər verilib. Məlumata görə, bu gün şirkətin şəbəkəsi paytaxtın 40 mərkəzi küçəsini əhatə edir. Hazırda "DataCell" MMC şəbəkənin genişləndirilməsi üzrə işlər aparır ki, bu da şirkətə ilin sonuna qədər paytaxt ərazisinin 70 faizini əhatə etmək imkanı verəcək.
HotNet şəbəkəsinin buraxılış gücü 1 MBit/s-dir. Gələcəkdə, şəbəkənin təkmilləşdirilməsindən sonra bu rəqəm 4 Мbit/s-yə çatacaq.
İnternetə simsiz çıxış xidməti Wi-Fi texnologiyası ilə təqdim edilir. Bir baza stansiyasının (Hot-Spot) əhatə dairəsi 400 metrə çatır.
Bu gün Wi-Fi texnologiyası ilə internetə çıxış xidməti istifadəçilər üçün ən rahatıdır, çünki bazarda bu standartı dəstəkləyən xeyli qurğu (noutbuklar, telefonlar, smartfonlar) var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]