...

Azərbaycanın mobil rabitə operatoru loqotipini dəyişib

Telekommunikasiya Materials 4 Noyabr 2009 12:43 (UTC +04:00)
Bu gün BakuTel-2009 Telekommunikasiya Sərgisində Azerfon MMC öz yeni Azerfon loqotipini təqdim edəcək.

Azərbaycan, Bakı, 04 noyabr / Trend /

Bu gün BakuTel-2009 Telekommunikasiya Sərgisində Azerfon MMC öz yeni Azerfon loqotipini təqdim edəcək.

Azerfon şirkətinin dinamik və uğurla inkişaf etməsi, şirkətə ən müasir texnologiyalara və müştərilərin artan tələblərinə əsaslanan yeni genişləndirilmiş xidmətlər təqdim etməyə imkan verir. Azerfon bu uğurunu və inkişafını yeni Korporativ Loqotipinin buraxılması ilə ifadə edib.

Yeni loqotip dinamika, yenilikçilik və müştərilərin tələblərini yerinə yetirərkən yüksək keyfiyyətli xidmətlər təqdim etmək öhdəliyinin rəmzidir.

Dairənin içərisinə yerləşdirilmiş "a" hərfi Azerfon şirkəti tərəfindən Azərbaycanda istifadəçilərə təqdim olunan qlobal miqyaslı və innovasyon texnologiya və xidmətlərin təcəssümüdür.

Yeni loqotip Azerfon şirkətinin istifadə üçün asan və müştərilərə daha çox nəticələri əldə etməyə imkan verən yüksək keyfiyyətli, qabaqcıl mobil xidmət və texnologiyalarını təqdim etmək istəyini ifadə edir.

BakuTel 2009 Telekommunikasiya Sərgisində iştirak edən Azerfon şirkəti yeni loqotip konspesiyasına uyğun olaraq 3G texnologiyası ilə çalışan bir çox innovasyon məhsulları nümayiş etdirir.

Azerfon MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlamışdır. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hazırda Azerfon şəbəkəsindən 1 500 000 çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone PLC arasında qeyri-səhmdar tərəfdaşlıq haqqında razılaşma imzalanmışdır.

Xəbər lenti

Xəbər lenti