...

Azərbaycan elektron resursları üzrə beynəlxalq seminarda iştirak edəcək

Telekommunikasiya Materials 19 Noyabr 2009 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın dövlət və özəl strukturlarının nümayəndələri noyabrın 24-25-də "Elm, texnika və innovasiya biznesi üçün infiormasiya resursları" mövzusunda Moskvada keçiriləcək seminarda iştirak edəcəklər. Bu barədə Azıərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin direktor müavini Arzu Hüseynova Trend -a bildirib.

Hüseynovanın sözlərinə görə, seminar zamanı elektron kitabxanalar üçün nəzərdə tutulmuş proqram təminatı nümayiş etdiriləcək. Seminar iştirakçılarına elektron kitabxanaların arxivinə pulsuz giriş imkanı veriləcək.

Azərbaycanda bu gün milli elektron kitabxananın formalaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat İnstitutu müxtəlif kateqoriyalı oxucular üçün elektron kolleksiya hazırlayıb. Elektron kitabxananın yaradılması vaxtdan və zamandan asılı olmayaraq oxuculara məlumatı tez əldə etməyə imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti