...

Mobil operatorlar "Nevskiy ekspress" qatarının qəza yerinə avadanlıqlar göndərib

Telekommunikasiya Materials 28 Noyabr 2009 15:27 (UTC +04:00)
Mobil operatorlar öz şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün "Nevskiy ekspress" qatarının qəza yerinə generatorlarla briqadalar göndəriblər. Bu barədə MTS və "Vımpelkom"un mümayəndələri RİA Novosti-yə bildirib.
Mobil operatorlar "Nevskiy ekspress" qatarının qəza yerinə avadanlıqlar göndərib

Mobil operatorlar öz şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün "Nevskiy ekspress" qatarının qəza yerinə generatorlarla briqadalar göndəriblər. Bu barədə MTS və "Vımpelkom"un mümayəndələri RİA Novosti-yə bildirib.

Hadisə ilə əlaqədar olaraq nizamsızlıq baş verdiyinə görə operatorların baza stansiyalarının elektrik enerjisi dəmir yolunun hesabına təmin edilib. Bundan əlavə, şirkətlər baş vermiş hadisədən sonra şəbəkələrin yükləndiyini qeyd ediblər.

"Biz generatorlarla briqadalar göndərmişik və yaxın vaxtlarda hadisə yerində olacaqlar", - "Vımpelkom"un mətbuat katibi Kseniya Korneyeva deyib.

MTS-in nümayəndəsi İrina Osodçayanın qeyd etdiyi kimi, məhz elektrik enerjisi çatışmazlığı üzündən şəbəkənin işində problem baş verə bilər.

Moskvadan Sankt-Peterburqa gedən "Nevskiy ekspress" sürət qatarı cümə günü axşam Moskva vaxtı ilə saat 22:00 radələrində Yerzovka yaşayış məntəqəsi yaxınlığında, təqribən Novqorod və Tver əyalətlərinin inzibatı sərhədlərinin bir kilometrliyində qəzaya uğrayıb. Baş Prokurorluq 30 nəfərin, FHN isə 25 nəfərin həlak olduğu barədə məlumat verir.

Hüquq-mühafizə orqanlarının başlıca versiyasina görə hadisənin baş verməsinə səbəb terror aktıdır.

Xəbər lenti

Xəbər lenti