...

Rusiya operatoru Azərbaycan istiqamətində ikinci 10 Gbit-lik şəbəkəni işə salıb

Telekommunikasiya Materials 10 Fevral 2010 20:27 (UTC +04:00)
Azərbaycanın birinci provayderi Delta Telekom şirkətinin magistral internet kanalının buraxılış gücü şimal istiqamətində 10 Gbit/s-dək artırılıb. Bunu Delta Telekom şirkətinin baş direktoru Ramazan Vəliyev Trend Capital-a deyib.
Rusiya operatoru Azərbaycan istiqamətində ikinci 10 Gbit-lik şəbəkəni işə salıb

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın birinci provayderi Delta Telekom şirkətinin magistral internet kanalının buraxılış gücü şimal istiqamətində 10 Gbit/s-dək artırılıb. Bunu Delta Telekom şirkətinin baş direktoru Ramazan Vəliyev Trend -a deyib.

Vəliyevin sözlərinə görə, kanalın buraxılış gücünün 2,5-dən 10 Gbit/s-dək artırlması Delta Telekom şirkətinin Rusiyanın "Rostelekom" ASC milli rabitə operatoru ilə əməkdaşlığı sayəsində mümkün olub.

"Bu gün Delta Telekom və Rostelekom arasında DWDM texnologiyası əsasında səkkiz 10 Gbit-lik səbəkə fəaliyyət göstərir. Onlardan biri tamamilə dolub. Bununla əlaqədar olaraq Rostelekom Azərbaycan istiqamətində ikinci 10 Gbit-lik şəbəkəni işə salıb. Bu da ilk növbədə qəza hallarının yaranması zamanı AzNet seqmentini təhlükəsizləşdirəcək və göstərilən xidmətlərin keyfiyyətini artıracaq", - Vəliyev deyib.

Hazırda Delta Telekom şirkətinin şəbəkə infrastrukturu Ruisya və İran telekommunikasiya infrastukturlarının birləşdirilməsində vasitəçi rolu oynayır. Trafikin tranziti Rostelekom və İranın Telecommunication Infrastructure Company şirkəti arasında beynəlxalq rəqəmli kanalların icarəsi üzrə ikitərəfli xidmətlərin göstərilməsi haqqında imzalanmış sazişə əsasən həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti