...

Apple Azərbaycanda iPad alışı üzrə ərizələrin qəbuluna başlayıb

Telekommunikasiya Materials 15 Mart 2010 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir H.Vəliyev/

Apple-ın Azərbaycan nümayəndəliyi iPad planşet kompüterlərinin alışı üzrə ərizələrin qəbuluna başlayıb. Bu barədə Apple-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Ramil Musayev Trend -a bildirib.

Musayevin sözlərinə görə, bu gün Apple lokal internet-resurs vasitəsilə iPad Wi-Fi, iPad Wi-Fi 3G alışı üzrə ilkin sifarişlər qəbul edilir.

iPad sifarişçiləri tədarük müddəti və məhsulun dəyəri barədə əvvəlcədən xəbərdar ediləcək. iPad məhsulları Azərbaycana məhdud sayda gətiriləcək.

"iPad məhsullarının Azərbaycan bazarına tədarükünün dəqiq müddəti məlum deyil. Analoji vəziyyət, həmçinin, Avropa bazarı üçün səciyyəvidir. Amerika bazarına gəlincə, Apple-ın ilkin məlumatlarına görə, məhsulun tədarükü aprelin 3-dən gözlənilir.

Apple nümayəndəliyi rəhbərinin sözlərinə görə, eləcə də məhsulun Azərbaycan bazarı üçün qiyməti məlum deyil (iPad-in tövsiyyə olunmuş qiyməti konfiqurasiyasından asılı olaraq 499-829 dollar təşkil edir).

Azərbaycana və digər MDB ölkələrinə tədarük edilən bütün məhsullar bazarın tələblərinə müvafiq uyğunlaşdırılıb. MDB ölkələrinin bazarları kifayət qədər böyük olmadığından müxtəlif dillər üzrə lokallaşdırılma olmur. Tədarük olunan məhsullar "ruslaşdırılıb".

iPad Azərbaycan bazarına əlavə klaviatura ilə birlikdə tədarük olunacaq. Apple iPad üçün bir il zəmanət nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti