...

Bakcell Bakıda Azadlıq prospekti, 87-də yeni Müştəri xidmətləri və Satış mərkəzi açıb

Telekommunikasiya Materials 17 Mart 2010 19:35 (UTC +04:00)
Bakcell müştərilərinə "yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq satış və xidmət - Bakcell İM nöqtəsi açıb. Yeni ünvan Bakı şəhəri, Azadlıq prospekti, 87-də yerləşir.
Bakcell Bakıda Azadlıq prospekti, 87-də yeni Müştəri xidmətləri və Satış mərkəzi açıb

Azərbaycan, Bakı, 17 mart / Trend /

Bakcell müştərilərinə "yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq satış və xidmət - Bakcell İM nöqtəsi açıb. Yeni ünvan Bakı şəhəri, Azadlıq prospekti, 87-də yerləşir.

Mərkəzi Bakcell-in baş direktoru İneke Botter açıb.

"Bakcell-in əsas hədəflərindən biri bizim sürətlə artmaqda olan müştərilərimizə xidmət etməkdir. Biz böyük məmnuniyyətlə, Bakının ən əlverişli hissəsində yeni Bakcell İM mərkəzini açırıq. Bu mərkəz müştərilərimizə dəyərli dəstək və xidmət göstərəcək. Biz fəxrlə bildiririk ki, Bakıda artıq Bakcell-in 6 Müştəri xidmətləri və Satış mərkəzi fəaliyyət göstərir. Ən əsası isə, bu il Bakcell bütün ölkə boyunca yeni Müştəri xidmətləri və Satış mərkəzləri açmaqda davam edəcək və onların ümumi sayını 20-yə qədər artıracaq", - mərkəzin açılışı mərasimində çıxış edən Bakcell-in baş direktoru İneke Botter bildirib.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.

Bakcell, həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Yeni Bakcell İM mərkəzi, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti