...

Bakcell futbol üzrə dünya çempionatı həyəcanına qoşulur

Telekommunikasiya Materials 10 İyun 2010 17:17 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti öz abunəçilərinə Cənubi Afrikada keçiriləcək futbol üzrə dünya çempionatı 2010-un nəbzini tutmaq üçün nadir imkan yaradır.
Bakcell futbol üzrə dünya çempionatı həyəcanına qoşulur

Аzərbaycan,Bakı, 10 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti öz abunəçilərinə Cənubi Afrikada keçiriləcək futbol üzrə dünya çempionatı 2010-un nəbzini tutmaq üçün nadir imkan yaradır.

Bakcell abunəçiləri 2010 qısa nömrəsinə SMS göndərərək, 1 ay ərzində daim yenilənən vurulmuş qollar və gündəlik hesablar haqqında SMS-bildiriş alacaq və hədiyyə olaraq dünya çempionatının himnini yükləyə biləcəklər. Futbol həyəcanı xidmətinə abunə olan hər bir Bakcell abunəçisi yerləşdiyi məkandan asılı olmayaraq heç bir qolu buraxmayacaq.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini iki dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Futbol həyəcanı - 2010, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti