...

İlk milli telekommunikasiya peyki "Azerspace" Kuru kosmodromundan orbitə buraxılacaq

Telekommunikasiya Materials 5 Noyabr 2010 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir H.Vəliyev/

İlk milli telekommunikasiya peyki "Azerspace" Kuru kosmodromundan orbitə buraxılacaq. Bu barədə cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Kuru kosmodromu (Qviana kosmik mərkəzi) Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşir.

Çəkisi üç tondan çox olan "Azerspace" peyki "Azerspace" şirkətinin "Ariane 5ECA" raketdaşıyıcısında orbitə buraxılacaq. Buraxılışın dəyəri 93 milyon dollar təşkil edəcək.

Nazirin sözlərinə görə, orbitə nəql olunacaq yükün yüngül çəkisi sığorta xidmətlərində bir neçə milyon dollar saxlamağa imkan verəcək.

Abbasovun sözlərinə görə, yaxın günlərdə peykin 100 faizlik sığortası ilə məşğul olan şirkət də müəyyən olunacaq.

"Peykin istehsalı üzrə işlər 2012-ci ilin dördüncü rübünə planlaşdırılıb, 2013-cü ilin yanvarından isə Azərbaycan dünya kosmik bazarında xidmətlərin göstərilməsinə başlayacaq", - Abbasov deyib.

Bu günə nazirlik "Azerspace" resurslarının həyata keçirilməsi üzrə müqavilələrin bağlanması haqqında danışıqlara başlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti