...

"AzQtel" Azərbaycanda ilk dəfə "Connected Home" xidmətlərini təqdim etmək üçün "Prodea" şirkətini seçir

Telekommunikasiya Materials 26 Noyabr 2010 16:56 (UTC +04:00)
"AzQtel" şirkəti internetdən yeni məzmunlu istifadə təcrübəsi və "connected life" - internet əsaslı məişət mediası xidmətlərinin "onlayn" satışını təmin etməklə öz genişzolaqlı rabitə xidmətlərini daha da genişləndirmək üçün "Prodea Systems" şirkəti ilə əməkdaşlıq etməsi barədə məlumat yayıb.
"AzQtel" Azərbaycanda ilk dəfə "Connected Home" xidmətlərini təqdim etmək üçün "Prodea" şirkətini seçir

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bu gün Azərbaycanda WiMAX texnologiyalı xidmətlərin aparıcı təchizatçısı olan "AzQtel" şirkəti internetdən yeni məzmunlu istifadə təcrübəsi və "connected life" - internet əsaslı məişət mediası xidmətlərinin "onlayn" satışını təmin etməklə öz genişzolaqlı rabitə xidmətlərini daha da genişləndirmək üçün "Prodea Systems" şirkəti ilə əməkdaşlıq etməsi barədə məlumat yayıb.

"AzQtel" şirkətinin SAZZ kimi tanınangenişzolaqlı xidməti Azərbaycan xalqına ən müasir WiMAX texnologiyalarından istifadə etməklə analoqu olmayan internet təcrübəsini təqdim edir. Hazırda Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrində 4 milyondan çox insan bu xidmətdən asanlıqla istifadə edə bilər və yaxın zamanlarda bu xidmətin əhatə dairəsi daha da genişləndiriləcək.

"Prodea Systems" şirkətinin inqilabi həll variantı hər hansı xüsusi kompüter biliyinin və ya texnoloji təcrübənin olmasını tələb etməyən, sadə və interaktiv iş prinsipini təmin edir. İnternetə çıxışı olan evlər üçün nəzərdə tutulan bu inqilabi yanaşma tərzi yaş həddi və texniki bacarıqlarından asılı olmayaraq bütün istifadəçilərə yüksək keyfiyyətli "video-on-demand" (sifarişlə video), fərdi media və internet proqramlarından tutmuş videokonfransların keçirilməsi, mənzilin təhlükəsizliyi, "intellektual mənzil", "e-Health" (elektron sağlamlıq) və "e-learning" (elektron tədris) sisteminə kimi genişçeşidli multimedia proqram və xidmətlərindən yararlanmaq üçün sadə, istifadəsi asan olan həll variantı təklif edir.

"AzQtel" şirkəti "Prodea" şirkətinin platformasından istifadə etməklə, daim inkişaf edən yeni proqramlar və əlavə xidmətlər paketi ilə öz genişzolaqlı internet xidmətlərinə əlavələr etmək və bu təcrübələri müxtəlif avadanlıqlar, o cümlədən televiziya sistemi, fərdi kompüter, mobil cihazlar və planşet tipli elektron avadanlıqlar vasitəsilə təchiz etməyi planlaşdırır.

"Prodea Systems" şirkətinin bazarda aparıcı mövqe tutan "connected life" həll variantı istifadəçilərin genişzolaqlı rabitə əsasında yüksək keyfiyyətli xidmətlərdən istifadə etməsi üçün yeni, qabaqcıl bir vasitədir. Bizim məqsədimiz abunəçilərimizi təkcə interneti araşdırmaq üçün növbəti bir vasitə ilə deyil, həm də WiMAX və "Prodea" şirkətinin yaratdığı oxşar müasir həll variantları tərəfindən dəstəklənən internet və "connected lifestyle" xidmətlərinin imkanlarından istifadə etməyin tam yeni bir yolu ilə təmin etməkdir", - "AzQtel" şirkətinin baş icraçı direktoru Ceyhun Mollazadə bildirib.

"Genişzolaqlı rabitəyə əsaslanan yüksək keyfiyyətli xidmətlərin təchizatçısı olaraq, biz "AzQtel" şirkəti ilə əməkdaşlıq etmək və SAZZ Wimax xidmətinin üstünlüyü ilə "rəqəmsal ev" sisteminə unikal yanaşma tərzimizin kompleks vəhdətini nümayiş etdirməkdən olduqca məmnunuq. Bu iki ən müasir texnologiyanın vəhdəti, Azərbaycan xalqı üçün xidmətlərin yeni mərhələsinin bünövrəsini qoyacaq", - "Prodea Systems" şirkətinin baş icraçı direktoru Anuşe Ansari deyib.

"AzQtel" MMC şirkəti 2007-ci ildə Azərbaycanda ilk dəfə olaraq 4G şəbəkəsinin tətbiqinə başlayıb və 2008-ci ildən etibarən Mobil WiMAX texnologiyası əsasında sürətli simsiz internet xidmətlərini təqdim edib.

Qısa bir zamanda şirkətin uğurlu fəaliyyəti nəticəsində "AzQtel" Azərbaycanın telekommunikasiya bazarında öz layiqli yerini tutub. Bu da şirkətin düzgün istiqamətdə inkişaf etməsini göstərir.

"AzQtel" şirkəti tərəfindən Azərbaycanda tətbiq edilən 4G Mobil WiMAX texnologiyası simsiz rabitə vasitəsidir. Tətbiq edilən WiMAX texnologiyası sürətli, simsiz məlumat ötürülməsi və əlavə internet xidmətlərinin göstərilməsi sahəsində geniş imkanlara malikdir.

Hazırda "AzQtel" tərəfindən şəbəkənin təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı görülən işlər sona çatıb. Görülən işlər nəticəsində Abşeron yarımadasının əksər hissəsini yüksək keyfiyyətli 4G texnologiyalı simsiz internet xidmətlər ilə təmin etmək mümkün olub.

Təkmilləşdirilmiş və əhatə dairəsi genişlədirilmiş "AzQtel" şəbəkəsi istifadəçilərə SAZZ adlanan yeni əmtəə nişanı altında təqdim edilir. SAZZ əmtəə nişanı altında təqdim olunan xidmət hər bir istifadəçiyə saniyədə 10Mb/s-dək olan sürətlə internetdən istifadə etmək imkan yaradır. Təqdim olunan 4G Mobil WiMAX şəbəkəsi SAZZ istifadəçilərinə mobil rabitə kimi rahat və ayrılmış xətt qədər sürətli internetdən faydalanmaq imkanı yaradır. Təkmilləşdirilmiş Mobil WiMAX şəbəkəsi istifadəçilərə əlavə xidmətlər, eləcə də SAZZ şəbəkəsinə qoşulmaq üçün yeni növ avadanlıqlar təklif edir.

"AzQtel" müntəzəm olaraq öz şəbəkəsinin əhatə dairəsini genişləndirir və bu fəaliyyətin son hədəfi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməkdir.

Ansarilər ailəsi tərəfindən təsis edilmiş "Prodea Systems" özəl şirkətinin baş ofisi ABŞ-ın Texas ştatının Plano şəhərində yerləşir. Dəyişən sənaye texnologiyalarına əsaslanan şirkətlərin yaradılması üzrə çoxillik iş təcrübəsinə malik olan Ansarilər ailəsi ixtiraçılar yetişdirmiş və öz sözlərini deməyə müvəffəq olmuş iş adamlarıdır. "Prodea Systems" şirkəti isə hazırda getdikcə mürəkkəbləşən "rəqəmsal ev" və internetdən istifadəni nəzərdə tutan kiçik biznes mühitinin çətinliklərini aradan qaldırmaq, habelə adi istifadəçilər üçün ən müasir texnologiyalarla sadə iş prinsipini vahid idarəetmə mərkəzində bir araya gətirmək məqsədilə Ansarilər ailəsinin əldə etdiyi ən son nailiyyətdir.

"Prodea Systems" şirkətinin platforması istifadə üçün tam hazır olan və şirkətin öz ticarət nişanı altında satıla bilən həll variantıdır və bu həll variantı sayəsində ənənəvi və alternativ xidmət təchizatçıları öz abunəçilərini mövcud genişzolaqlı infrastrukturdan istifadə etməklə yeni və innovasiyalı xidmətlərlə davamlı şəkildə və vaxtlı-vaxtında təmin edə bilərlər.

"Prodea" şirkətinin həll variantı operator xidmətlərinin birbaşa evdə və ya avtomobildə quraşdırılmış müxtəlif avadanlıqlara, eləcə də smartfonlar, səyyar media pleyerləri və noutbuklar da daxil olmaqla, mobil və müasir üslublu avadanlıqlara çatdırılmasını unikal şəkildə təmin edir.

Daha ətraflı məlumat üçün /www.prodeasystems.com/ internet saytına daxil ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti