...

Bakcell-in baş icraçı direktoru "Azeri Business Award-2010" Milli Mükafatının "Beynəlxalq Nüfuz" nominasiyasına layiq görülüb

Telekommunikasiya Materials 7 Dekabr 2010 12:02 (UTC +04:00)

Аzərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanda ilk mobil operator olan Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkət 2010-cu ilin yekunlarına görə "Azeri Business Award" (ABA) Milli Mükafatında üç nominasiya üzrə mükafata layiq görülüb. Azərbaycanın aparıcı biznes şirkətlərinin qatıldığı "Azeri Business Award" Milli Mükafatı hər il Azərbaycanda biznes sektorunun nailiyyətlərini qeyd edən ən böyük tədbir hesab olunur. Bakcell şirkəti bu ilin Milli Mükafatında üç nominasiya: şirkətin baş icraçı direktoru xanım İneke Botterə təqdim edilmiş "Beynəlxalq Nüfuz" fərdi nominasiyası, eləcə də "İlin Texnologiya Lideri", "İlin Korporativ Sosial Məsuliyyət üzrə Lideri" adlı iki korporativ nominasiya üzrə mükafata sahib olub.

ABA Milli Mükafatının təqdimetmə mərasimində iştirak edən xanım İneke Botter bütün laureatları təbrik edərək, biznes sahəsində bu ilki milli mükafatın uğurla ərsəyə gəlməsində rolu olan bütün şirkətlərə təşəkkürünü bildirib. Xanım Botter deyib: "Mənum üçün "Beynəlxalq Nüfuz" fərdi nominasiyasına layiq görülmək çox gözlənilməz oldu, amma etiraf edim ki, bundan böyük şərəf hissi duydum. Belə bir surprizə görə öz işçi heyətimə təşəkkür edirəm. Media Holding və Business Time jurnalının təsis etdiyi bu mükafat Azərbaycanda biznes mühitinin inkişafına, biznesdə innovasiyalara və sahibkarlıq ruhunun qaldırılmasına verilən dəstək və yüksək qiymətdir."

İneke Botter maliyyə və telekommunikasiya sahəsində uzun illər təcrübəyə malikdir. Xanım Botterin telekommunikasiya üzrə təcrübəsi mobil rabitə operatoru üçün lisenziyaların alınması, telekommunikasiya əməliyyatların başlanması və idarəetmədə dəyişiklik sahələrini əhatə edir. Xanım Botter Ukrayna, Macarıstan, İsveçrə, Çexiya Respublikası, İsveç, Hollandiya, Kosovo və Livanda müxtəlif illərdə telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 20 ildən artıq beynəlxalq idarəetmə təcrübəsinə malik İneke Botter Bakcell şirkətində rebrendinq, şəbəkənin genişləndirilməsi kimi iri miqyaslı dəyişikliklər həyata keçirib. Nəticədə yüksək rəqabətli bazar şəraitində Bakcell-in abunəçi bazası mühüm şəkildə artıb.

Bakcell şirkətinə daha iki - "İlin Texnologiya Lideri" və "İlin Korporativ Sosial Məsuliyyət üzrə Lideri" nominasiyaları üzrə mükafat təqdim olunub. Şirkət bu mükafatlara öz şəbəkəsinin inkişafı və yaxşılaşdırılması sahəsində nailiyyətlərinə və Azərbaycanda qayğıya ehtiyacı olan uşaqların istedadlarının inkişafına verdiyi töhvələrə görə layiq görülüb.

Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün /www.bakcell.com/ internet səhifəsinə daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti