...

Azərbaycan Ədliyyə Nazirliyi kompüter və telekommunikasiya avadanlığının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 27 Yanvar 2011 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Ədliyyə Nazirliyi Oğuz və Gədəbəy rayonlarının məhkəmə inzibati binaları üçün kompüter və telekommunikasiya avadanlıqlarının alınması üzrə tender elan edib. Bu barədə cümə axşamı  Trend-ə nazirliyin tender komissiyasından verilən məlumatda deyilir.

Beşinci lotda iştirakın dəyəri 200 manatdır.

Tender iştirakçıları ilə görüş fevralın 21-i saat 11:00-da olacaq.

İştirakçıların tender sənədləri martın 14-ü saat 15:00-dək qəbul olunur və 10 min dollar məbləğində bank zəmanəti ilə təmin olunub.

Tender təkliflərinə həmin gün saat 15:00-da nazirliyin binasında baxılacaq.

Daha ətraflı məlumatı aşağıdakı telefon nömrələrindən almaq olar: 510-85-59, 510-85-60.

Xəbər lenti

Xəbər lenti