...

Finlandiyanın mobil telefon istehsalçısı Azərbaycanda mobil qoşulmaların lokallaşdırılmasına başlayır

Telekommunikasiya Materials 7 Fevral 2011 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir H.Vəliyev/

"Nokia" şirkəti Azərbaycanda "Ovi" servislərinin lokallaşdırılmasına başlayır. Bu barədə bazar ertəsi Trend-ə Mobitel ("Nokia"nın Azərbaycandakı rəsmi distribüteri) şirkətinin brend-meneceri Rəşad Nəzərli məlumat verib.

Nəzərlinin sözlərinə görə, layihə bu ay start götürür, bununla əlaqədar yaxın vaxtlarda Moskva ofisinin nümayəndələrinin Bakıya gəlişi gözlənilir.

"Ovi" layihəsinə uyğun olaraq, işçi plan hazırlanacaq, ona müvafiq olaraq layihənin həyata keçirilməsi üzrə məsul şəxs təyin olunacaq", - Nəzərli deyib.

Azərbaycanlı istifadəçilərə iki lokallaşdırılmış məhsul - "Ovi Store" və "Ovi Maps" təqdim olunacaq.

"Ovi Store"-un online-maqazin əlavələri, oyunlar, audio və videofaylları xüsusi olaraq "Nokia" mobil telefonları üçün işlənib. Servis portalı personal kompyuterlərin brauzerlərilə də tam funksional fəaliyyət göstərir.

Azərbaycanda servisin işə başlamasından sonra "Ovi Store"a qoşulduqdan sonra online-maqazin istifadəçilərinə avtomatik olaraq lokallaşdırılmış versiya təqdim olunacaq.

"Nokia"nın Azərbaycan bazarındakı mövqeyinin kifayət qədər güclü olduğunu nəzərə alsaq, servisə böyük tələbat olacağı gözlənilir. Servisin işə salınması Azərbaycandakı istehsalçılar və kontent-provayderlər üçün yeni perspektivlər açacaq.

Eləcə də 2011-ci ildə Azərbaycan bazarında ötən ilin əvvəllərindən "Nokia" smartfonlarının sahiblərinə pulsuz təqdim olunan kartoqrafik "Ovi Maps" servisinin veriləcəyi gözlənilir. Hələlik Azərbaycanın naviqasiya xəritəsi natamam halda işlənib, orada yalnız əsas magistral yollar və yaşayış məntəqələri göstərilib. Xəritənin hazırlanması üzrə işlər davam etdirilıir.

Azərbaycan bazarında "Ovi App Wizard"ın lokallaşdırılmış versiyasının təqdimatı da gözlənilir. O bir neçə dəqiqə ərzində sayt və ya bloqun RSS-axınını mobil əlavəyə çevirir və onu "Ovi" maqazində yerləşdirir. Web-alət RSS formatında təqdim olunan informasiyanı "Nokia"da yerləşdirmək üçün proqramlaşdırır və sonra onun avtomatik olaraq "Ovi" maqazində yerləşdirir. Bu zaman qeydiyyat üçün ödəniş tələb olunmur.

Xəbər lenti

Xəbər lenti