...

Azərbaycanın Rabitə Nazirliyi regionlarda iki yeni poçt şöbəsini istismara verib

Telekommunikasiya Materials 21 Fevral 2011 17:31 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC respublikanın Kürdəmir və Saatlı rayonlarında yeni poçt şöbələrini istismara verib.
Azərbaycanın Rabitə Nazirliyi regionlarda iki yeni poçt şöbəsini istismara verib

Аzərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC respublikanın Kürdəmir və Saatlı rayonlarında yeni poçt şöbələrini istismara verib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Hər iki şöbə bütün zəruri texnika ilə tam təchiz olunub.

Hazırda Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində operatorun korporativ sisteminə "Azərpoçt"un 700 filial və şöbəsi qoşulub.

"Azərpoçt" MMC əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə 2010-cu ilin ortalarından başlayıb. Operatora yeddi maliyyə xidmətindən beşi üzrə xidmətin göstərilməsi üçün icazə verilib. Onlara poçt hesablarının açılması və idarə edilməsi, pulköçürmə, debit kartların emissiyası, müştərinin sifarişi üzrə valyutanın alış-satışı ilə bağlı əməliyyatlar aiddir.

Bu il daha iki xidmət - depozitlərin qəbulu və kredit kartlarının emissiyası məsələsinə baxılacaq.

Azərbaycanın bank sisteminə daxil olmaqla, "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir. Filialların ümumi sayı 500-dən çoxdur, halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü ötür.

Xəbər lenti

Xəbər lenti