...

Azərbaycanın Rabitə Nazirliyi Cənubi Kaliforniya Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Telekommunikasiya Materials 31 May 2011 14:51 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cənubi Kaliforniya Universiteti (University of Southern California) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan məlumat verilib.
Azərbaycanın Rabitə Nazirliyi Cənubi Kaliforniya Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cənubi Kaliforniya Universiteti (University of Southern California) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

Sənəd nazirliyin nümayəndələrinin Kaliforniyaya səfəri çərçivəsində imzalanıb. Səfər Cənubi Kaliforniya Universitetinin akademiya şəhərciyini ziyarətlə başa çatıb.

Memorandum RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Endryu Viterbi adına mühəndislik fakültəsinin dekanı Yanis Yortos və qloballaşma məsələləri üzrə prorektorun müavini Ken MakGillivray tərəfindən imzalanıb.

Cənubi Kaliforniya Universiteti ABŞ-ın aparıcı və nüfuzlu ali məktəblərindən biridir. Xarici tələbələr ölkə universitetlərindən ən çox bu universitetdə təhsil alırlar. Universitetin 35 min tələbəsindən səkkiz minini xaricilər təşkil edir.Universitetin mühəndislik fakültəsi zəngin beynəlxaql əməkdaşlıq təcrübəsinə malikdir və bu sahədə kadrların hazırlanması üzrə ən yaxşı mərkəzlərdən biri kimi məşhurdur.

Xəbər lenti

Xəbər lenti