...

Azərbaycan iqtisadi inkişaf nazirinin yeni müşaviri nazirlikdə yeni elektron xidmətlərin tətbiqini sürətləndirəcək

Telekommunikasiya Materials 2 İyun 2011 17:57 (UTC +04:00)
"Ultra" İT şirkətinin baş direktoru Tahir Mirkişili Azərbaycan iqtisadi inkişaf nazirinin İKT məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilib.
Azərbaycan iqtisadi inkişaf nazirinin yeni müşaviri nazirlikdə yeni elektron xidmətlərin tətbiqini sürətləndirəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir H.Vəliyev/

"Ultra" İT şirkətinin baş direktoru Tahir Mirkişili Azərbaycan iqtisadi inkişaf nazirinin İKT məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilib.

"İqtisadi İnkişaf Nazirliyində fəaliyyətimin əsas istiqaməti nazirliyin göstərdiyi elektron xidmətlərin sayının artırılmasına, onların aktivləşdirilməsinə və geniş tətbiqinə kömək etmək olacaq", - Trend-ə Mirkişili bildirib.

Bundan əvvəl "Ultra" şirkəti tərəfindən nazirlikdə elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə işlər görülüb. Bu, nazirliyin bütün kargüzarlığını, kadr və maliyyə uçotunu elektron şəklə salmağa imkan verib.

Hazırda naizirlikdə daxili sənəd dövriyyəsini avtomatlaşdırmağa imkan verən bir sıra modullar tətbiq edilib. Nazirlikdə MegapolisDocNet sistemindən istifadə edilir. O, sənədləri məqsədli ünvanlar üzrə operativ şəkildə hazırlamağa və genişləndirməyə imakn verir, bu isə insan resurslarından və kağız daşıyıcılarından istifadə səviyyəsini azaldır. Korporativdaxili səviyyədə elektron rəqəmsal imza da tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti