...

Azərbaycanın dövlət rabitə operatoru paytaxtdan cənuba doğru optik xətt çəkir

Telekommunikasiya Materials 13 Oktyabr 2011 12:33 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtdan cənuba doğru istiqamətdə optik-lif xəttin çəkilişi üzrə iş aparır.
Azərbaycanın dövlət rabitə operatoru paytaxtdan cənuba doğru optik xətt çəkir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtdan cənuba doğru istiqamətdə optik-lif xəttin çəkilişi üzrə iş aparır. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, operatorun başlanğıcını Bakıdan götürən optik xətti Sahil, Ümid, Səngəçal (o cümlədən, Səngəçal terminalını), Qobustan və Ələt qəsəbələrini əhatə edir.

Operatorun planlarına Ələt qəsəbəsində tikintisinin 2015-ci ilədək başa çatdırılması planlaşdırılan yeni dəniz limanında məlumatların ötürülməsi xidmətlərinin göstərilməsi də daxildir.

Optik-lif rabitə xəttinə qoşulmanın üstünlüyü bir optik kanalla çoxlu sayda xidmətlərin - internetə çıxış, rəqəmsal telefon rabitəsi xidmətləri və s. göstərilməsindən, eləcə də məsafədən və xəttin vəziyyətindən asılı olmayaraq rabitə kanalının daha yüksək etibarlılığından ibarətdir.

Bu gün belə layihələrin həyata keçirilməsi çox baha başa gəlir. Əsas xərclər birdəfəlikdir. Çünki bu xərclər xəttin özünün tikintisi və son avadanlıqların quraşdırılması üçün nəzərdə tutulub. Xərclər pptik xəttin yüksək olmayan icarə haqqı və bir rabitə xətti üzrə praktiki olaraq məhdudiyyətsiz miqdarda servisin əldə olunması imkanı sayəsində qısa müddət ərzində çıxarılır.

Xəbər lenti

Xəbər lenti