...

Azərbaycanın rabitə naziri ITU-nun Genişzolaqlı inkişaf üzrə komissiyasının 4-cü iclasında çıxış edib

Telekommunikasiya Materials 25 Oktyabr 2011 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) Genişzolaqlı inkişaf üzrə komissiyasının dördüncü iclasında iştirak edir. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov məlumat verib.

Komissiyanın iclası Cenevrədə "ITU Telecom World 2011" beynəlxalq telekommunikasiya sərgi-konfransı çərçivəsində keçirilir.

Əmirovun sözlərinə görə, Abbasov əsas məruzəçi qismində çıxış edib və ölkəmizdə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM layihəsi, ilk telekommunikasiya süni peyki və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verib və sualları cavablandırıb.

İclasın işində dövlət və hökumət başçıları, nazirlər, İKT sahəsi üzrə dünyanın aparıcı şirkətlərinin rəhbərləri, 250-dən çox hökumət, sənaye, qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli təmsilçiləri, ümumilikdə 3 mindən çox nümayəndə iştirak edib.

Tədbir çərçivəsində nazir Əli Abbasov bir sıra ikitərəfli görüşlər keçirib.

Daha sonra Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının "ITU Hub" adlı xüsusi pavilyonunda müsahibə verib.

Xəbər lenti

Xəbər lenti