...

Azərbaycan rabitəçiləri Van zəlzələsindən zərərçəkənlərə yardım ediblər

Telekommunikasiya Materials 28 Oktyabr 2011 16:21 (UTC +04:00)
Azərbaycan rabitəçiləri Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım ediblər.
Azərbaycan rabitəçiləri Van zəlzələsindən zərərçəkənlərə yardım ediblər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan rabitəçiləri Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım ediblər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi könüllü olaraq topladıqları 10 min ABŞ dolları məbləğində vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim ediblər.

Rabitəçilər Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıca başsağlığı verərək, xalqımızın onların dərdinə şərik olduqlarını bildirib, Azərbaycanın daim Türkiyənin yanında olacağını söyləyiblər.

Öz növbəsində, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycanın Türkiyə ilə bir millət, iki dövlət, dost və qardaş ölkə olduğunu söyləyib. O, zəlzələ baş verəndən sonra ən qısa vaxt ərzində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım karvanlarının göndərilməsini yüksək qiymətləndirib. O bildirib ki, rabitəçilərin ilk belə təşəbbüslə çıxış etməsindən məmnundur.

Xəbər lenti

Xəbər lenti