...

Azərbaycan Rabitə Nazirliyi Qarabağın cənub ərazilərində rəqəmsal TV-nin yayım keyfiyyətini artırıb

Telekommunikasiya Materials 29 Oktyabr 2011 13:39 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları yanında "Teleradio" İstehsalat Birliyi Qarabağın cənub ərazilərində rəqəmsal televiziyanın yayım keyfiyyətini artırıb.
Azərbaycan Rabitə Nazirliyi Qarabağın cənub ərazilərində rəqəmsal TV-nin yayım keyfiyyətini artırıb

Azərbaycan, Bakı, 29 oktyabr/Trend, müxbir H. Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları yanında "Teleradio" İstehsalat Birliyi Qarabağın cənub ərazilərində rəqəmsal televiziyanın yayım keyfiyyətini artırıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin məlumatında deyilir. Bu, Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən telestansiyada rəqəmli yayım avadanlıqlarının qurulub başa çatdırılması nəticəsində mümkün olub.

Bundan əvvəl Qarabağın cənub ərazilərində rəqəmsal televiziyanın siqnalla əhatə olunması Ağsu qülləsində vericinin qurulması nəticəsində həyata keçirilib. Əhmədbəyli kəndindəki telestansiyasında yeni rəqəmsal avadanlığın istismara verilməsi rəqəmsal formatda yayımlanan televiziya verilişlərinin keyfiyyətini və əhatəsini yaxşılaşdırmağa imkan verir.

Yaxın ayda respublika əhalisinin 85 faizinin rəqəmsal televiziya ilə əhatə olunması gözlənilir. Hazırda rəqəmli yayım Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran və yaxın əraziləri əhatə edir. Analoq yayım rəqəmli TV siqnallarının respublikanı tam əhatə etməsindən sonra tədricən dayandırılacaq.

Rəqəmli kontentin yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal yayımına keçmək üçün abunəçilər dekoder əldə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti