...

Bakı Metropolitenində ödənişsiz Wi-Fi açılacaq

Telekommunikasiya Materials 15 Noyabr 2011 15:56 (UTC +04:00)
Bakı Metropoliteni simsiz Wi-Fi internet şəbəkəsinin açılmasına başlamağı planlaşdırır.
Bakı Metropolitenində ödənişsiz Wi-Fi açılacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/

Bakı Metropoliteni simsiz Wi-Fi internet şəbəkəsinin açılmasına başlamağı planlaşdırır. Bu barədə Trend-ə çərşənbə axşamı DataCell (ticarət nişanı HotNet) şirkətindən məlumat verib.

Məlumata görə, hazırda layihə baxılma mərhələsindədir və bununla bağlı konkret qərar hələ qəbul edilməyib.

Ödənişsiz əsaslarla təqdim olunacaq simsiz Wi-Fi xidmətləri Bakı Metropoliteninin şəhərin mərkəzində yerləşən stansiyalarında istifadəyə veriləcək. Sonralar xidmətdən mərhələli şəkildə başqa stansiyalarda da istifadə etmək mümkün olacaq.

Bu gün şirkətin şəbəkəsi paytaxtın mərkəzi küçələrinin 40 faizini əhatə edib. HotNet şəbəkəsinin buraxılış qabiliyyəti 1 Mbit/saniyə təşkil edir.

İnternet şəbəkəsinə simsiz giriş xidmətləri Wi-Fi texnologiyaları vasitəsilə həyata keçirilir. Bir baza stansiyasının (Hot-Spot) əhatə dairəsi 400 metrə çatır.

Wi-Fi texnologiyaları üzrə simsiz giriş istifadəçilər üçün ən sərfəlisidir, çünki bazarda bu standart üzrə çoxlu qurğular (noutbuklar, telefonlar, smartfonlar) var.

Xəbər lenti

Xəbər lenti