Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin hər üç mobil rabitə operatoruna Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq üzrə müvafiq göstəriş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.
Nazirliyin məlumatına əsasən, operatorlara müsabiqənin keçiriləcəyi dövrdə yerli operatorların qonaq şəbəkəsində yerləşən xarici abunəçilərin telefon nömrələrinə informasiya xarakterli qısa məlumat göndərməyi təşkil etmək tapşırılıb.
Məlumatlarda müsabiqənin internet-resursu, telefon-sorğu mərkəzi, eləcə də əlaqə məlumatları və müsabiqə dövründə vətəndaşları Bakıda olacaq ölkələrin səfirlikləri haqqında lazımi məlumat əks olunmalıdır.