Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir H.Vəliyev/
"Android" əməliyyat sisteminin idarə edilməsi altında işləyən cihazlar üçün yol hərəkəti qaydaları üzrə Azərbaycan dilini dəstəkləyən əlavə hazırlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı əlavəni hazırlayanın bloqunda məlumat verilir.
Əlavənin müəllifi azərbaycanlı proqramçı Vasif Mustafayevdir.
"Android" platformasında işləyən cihazlarda uğurla sınaqdan keçirilən əlavə https://market.android.com/details?id=com.blogspot.vmustafayev4en.gdl ünvanında "Android Market"də pulsuz yükləmə üçün mümkün olan yol hərəkəti qaydaları üzrə kursu nəzərdə tutur.