...

"Azərkosmos"un mütəxəssisləri "Azerspace" peykinin idarə olunması üzrə treninqlər keçəcəklər

Telekommunikasiya Materials 16 Fevral 2012 16:15 (UTC +04:00)
"Azərkosmos" ASC-nin 25 mütəxəssisi Malayziyanın MEASAT şirkətində peyklərin idarə olunması üzrə treninq keçəcəklər.
"Azərkosmos"un mütəxəssisləri "Azerspace" peykinin idarə olunması üzrə treninqlər keçəcəklər

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/

"Azərkosmos" ASC-nin 25 mütəxəssisi Malayziyanın MEASAT şirkətində peyklərin idarə olunması üzrə treninq keçəcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Azərkosmos"un mütəxəssisləri MEASAT şirkətində və "Azerspace-1" peykinin istehsalçısının istehsalat müəssisələrində ilk treninqlərdən ötən ilin oktyabr-noyabr aylarında keçiblər.

Xatırladaq ki, Azərbaycanın ilk peyki "Azerspace"in buraxılışı 2012-ci ilin sonlarına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti