...

Azərbaycanda 208 ədəd qeydiyyatdan keçməyən radielektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 2 Mart 2012 17:44 (UTC +04:00)
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi yanvar-fevral aylarının yekunu üzrə 208 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə (REV) aşkarlayıb.
Azərbaycanda 208 ədəd qeydiyyatdan keçməyən radielektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi yanvar-fevral aylarının yekunu üzrə 208 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə (REV) aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü DRİ-nin məlumatında deyilir.

Ötən dövr ərzində DRİ 99 müəssisə və təşkilata texniki baxış keçirib.

Qeydiyyatdan keçməyən REV-lərdən 2 ədədi qeydiyyata salınıb, 34 ədədi möhürlənib, qalan 172 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Qeydiyyatdan keçməyən REV istifadəçilərinə qarşı protokol yazılıb və müvafiq hüquqi tədbirlər həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti