...

SAZZ Internet-in bayram kampaniyası martın 31-dək davam edəcək

Telekommunikasiya Materials 27 Mart 2012 18:29 (UTC +04:00)
SAZZ Internet-in Novruz bayramı ərəfəsində başladığı endirim kampaniyası ayın sonunadək davam edəcək.
SAZZ Internet-in bayram kampaniyası martın 31-dək davam edəcək

Azərbaycan, Bakı, 27 mart /Trend/

Genişzolaqlı simsiz limitsiz internet xidmətləri göstərən SAZZ Internet-in Novruz bayramı ərəfəsində başladığı endirim kampaniyası ayın sonunadək davam edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Bayram kampaniyası çərçivəsində endirimlərdən həm yeni, həm də mövcud abunəçilər faydalana biləcəklər. Endirimlər USB modemləri ilə yanaşı həm də WiFi avadanlığına, o cümlədən, MF10 adaptoru və WiFi-WiMAX mərkəzinə aiddir. Aksiyada iştirak etmək üçün aktiv abunəçi paketinə sahib olmaq və ya yeni abunəçi müqaviləsi bağlamaq yetərlidir. Kampaniyada SAZZ loqotipini daşıyan bütün ticarət nöqtələri iştirak edir.

Hazırda "SAZZ Internet" Bakı, Sumqayıt, Xırdalan, habelə Abşeron yarımadasının əksər qəsəbələrində sürəti 10 mbit/s-ə qədər olan genişzolaqlı simsiz internet xidmətləri göstərir. SAZZ istifadəçilərinə limitsiz internet paketi ayda cəmi 25 manata təqdim edilir.

Xəbər lenti

Xəbər lenti