...

Azercell "Investors In People" üzrə Gümüş sertifikata layiq görülüb

Telekommunikasiya Materials 6 Aprel 2012 16:17 (UTC +04:00)
"Azercell Telekom" MMC növbəti böyük uğurunu qazanıb. Şirkət bu dəfə "Investors In People" (IIP) İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş sertifikata layiq görülüb.
Azercell "Investors In People" üzrə Gümüş sertifikata layiq görülüb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

"Azercell Telekom" MMC növbəti böyük uğurunu qazanıb. Şirkət bu dəfə "Investors In People" (IIP) İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş sertifikata layiq görülüb.

MMC-dən Trend-ə verilən məlumata görə, MDB ölkələri və ən önəmlisi beynəlxalq telekommunikasiya təşkilatları arasında "Azercell Telekom" Gümüş sertifikat qazanan ilk şirkətdir.

İnsana Sərmayə Standartının müxtəlif nominasiyalar üzrə sertifikatları bütün dünyada "International Quality Center" (IQC) tərəfindən tanınan ekspertlərin tədqiqatları əsasında təqdim edir.

Bu beynəlxalq standart işçilərin şirkət strategiyasının təyin edilməsi və qoyduğu hədəflərə nail olması, işçilərin rolu və onların qərarvermə prosesinə cəlb edilməsi, şirkətin intellektual mülkiyyətinin inkişafı və inkişaf strategiyasının şirkət strategiyasına uyğunluğu, liderlik inkişafı platformasının qurulması, sosial məsuliyyət və s. kimi proseslərə əməkdaşların birbaşa cəlb olunması, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və tanınması kimi göstəriciləri ölçür və qiymətləndirir. IIP standartı ilə işləyən şirkətlər hər 3 ildən bir yenidən sertifikasiyadan keçir.

Bu standard 1992-ci ildə İngiltərədə yaradılıb və hazırda Gümüş sertifikat, İngiltərə şirkətləri istisna olmaqla, dünyada yalnız 19 beynəlxalq şirkətdə mövcuddur. Qeyd edək ki, "Azercell" ilk dəfə Beynəlxalq Standart Sertifikatına 2006-cı ildə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti