...

Azercell "BlackBerry Sosial" xidmətini təqdim edir

Telekommunikasiya Materials 19 Aprel 2012 17:07 (UTC +04:00)
Aprelin 20-dən etibarən Azercell BlackBerry sahibi olan abunəçiləri üçün növbəti yeni bir xidməti təqdim edir.
Azercell "BlackBerry Sosial" xidmətini təqdim edir

Azərbaycan, Bakı, 19 aprel / Trend /

Aprelin 20-dən etibarən Azercell BlackBerry sahibi olan abunəçiləri üçün növbəti yeni bir xidməti təqdim edir. "BlackBerry Sosial" adlanan bu xidmətin üstünlüklərindən həm Fakturalı, həm də Fakturasız Xətt abunəçiləri yararlana biləcək. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Yeni xidmət abunəçilərə BlackBerry Messenger (BBM), BlackBerry Mail, Sosial şəbəkələr üçün BlackBerry əlavələr, BlackBerry App World (BlackBerry proqram təminatları) istifadə etmə və İnternetə giriş imkanı təqdim etmiş olur.

Yeni xidmət çərçivəsində abunəçilər aşağıdakı paket növlərindən yararlana bilər:

Fakturalı Xətt abunəçiləri üçün

Xidmət paketinin növü

Xidmətdən istifadəyə görə sabit xidmət haqqı

Təqdim edilən mobil internet trafikinin həcmi (MB)

Mobil internet trafikindən əlavə həcmdə istifadəyə görə xidmət haqqı

BS400

9,99 AZN (ƏDV daxil)

400

400 MB-dan artıq olduqda hər 1 MB üçün 0,04 AZN

(ƏDV daxil)

Fakturasız Xətt abunəçiləri üçün

BS (BlackBerry Social) xidmət paketinin növü

Xidmət ilə bağlı birdəfəlik xidmət haqqı

Təqdim edilən mobil internet trafikinin həcmi (MB)

Mobil internet trafikindən əlavə həcmdə istifadəyə görə xidmət haqqı

BS 30

9.99 AZN ƏDV daxil

400

400 MB-dan artıq olduqda hər 1 MB üçün tarif paketinə uyğun

BS 7

3.99 AZN ƏDV daxil

100

100 MB-dan artıq olduqda hər 1 MB üçün tarif paketinə uyğun

Sosial xidmətlərdən istifadə etmək istəyən Fakturalı Xətt abunəçiləri 2525 qısa nömrəsinə "BS400" sözünü göndərməlidir. Sim-Sim abunəçiləri isə bir aylıq xidmət üçün "BS30", bir həftəlik xidmət üçün "BS7" yazıb 2525 qısa nömrəsinə mesajla göndərməlidir.

Xəbər lenti

Xəbər lenti