...

ULTRA "Sharp" şirkətinin rəsmi distribüteri oldu

Telekommunikasiya Materials 30 Aprel 2012 13:59 (UTC +04:00)
Azərbaycanın aparıcı İT-şirkətlərindən biri olan ULTRA şirkəti "Sharp" şirkətinin rəsmi distribüteri statusunu aldı. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.
ULTRA "Sharp" şirkətinin rəsmi distribüteri oldu

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycanın aparıcı İT-şirkətlərindən biri olan ULTRA şirkəti "Sharp" şirkətinin rəsmi distribüteri statusunu aldı. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

Bu gün Yaponiya korporasiyası olan "Sharp" bütün dünya üzrə LCD-texnologiya, sürətçıxarma, kompüter və məişət texnikası tərtibatçısı və istehsalçısı kimi tanınır. Şirkətlərin Azərbaycanda birgə fəaliyyət üzrə əsas istiqaməti məlumat displeyləri və rəqəmsal sənəd-sistemləri olacaq.

Məlumat displeylərindən müxtəlif sahələrdə - istər reklam-informasiya biznesində, istərsə də təhsildə istifadə olunması nəzərdə tutulub. Unikal ölçülü diaqonalı 152 sm və monitorlar arasında minimal eni 6,5 mm olan xətlər sayəsində "Sharp" videodivar yaradarkən yeni standartı təqdim edir. İşıqdiodlu alt işıqlandırmanın tətbiq edilməsi işığın bərabər paylanmasını təmin edir ki, bu da ekrana qeyri-adi real təsvir verməsinə imkan yaradır. Bütün peşəkar "Sharp" monitorları 24/7 rejimdə fasiləsiz işləmək imkanını verir.

Habelə "Sharp" şirkəti səthi çox toxunuşlu sensorlu məlumat displeylərini işləyib hazırlayıb. İndi təsviri barmaq jestləri və ya xüsusi pero vasitəsilə redaktə etmək imkanı meydana çıxdı. Bu növ displeylər interaktiv lövhələri və proyektorları əvəz edə bilər.

"Sharp" rəqəmsal sənəd-sistemi sahəsində də bir çox yeni cihazları təklif edir. Onların arasında çoxfunksiyalı cihazlara daha çox tələbat var. "Sharp" korporasiyasının "üçü-birində" (printer, skaner, sürətçıxarma) cihazı tam mükəmməl səviyyədə hazırlanıb. Daxili displey vasitəsilə çoxfunksiyalı cihazın yerinə yetirdiyi tapşırıqlar siyahısına baxmaq, sənədi vərəqləmək, skanlama və çap etmə parametrlərini quraşdırmaq olar. Həmçinin bəzi modellərə opsional olaraq internet brauzeri quraşdırmaq olar ki, buda cihazın displeyindən sənədlərin göndərilməsi və çap olunması imkanını verəcək.

"Sharp"ın təqdim etdiyi məhsul xətləri üzrə servis xidmətləri ULTRA şirkətinin korporasiyada müvafiq təlimlər keçmiş olan mühəndisləri tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti