...

Azərbaycanda Apple iPad-ın qiymətləri açıqlanıb

Telekommunikasiya Materials 11 May 2012 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Vəliyev /

Bu gün Azərbaycanda Apple iPad3 planşetlərinin rəsmi satışına başlanılır. Trend-in məlumatına görə, bu barədə cümə günü Alma Store (Azərbaycanda Apple firma mağazalarının rəsmi şəbəkəsi) mağazalar şəbəkəsinin icraçı direktoru Ramin Musayev təqdimatda deyib.

Bakıda planşetin dəyəri LTE və Wi-Fi modulları ilə müvafiq olaraq 16, 32 və 64 Gb yaddaşın quraşdırılması üçün 689, 799 və 899 manat təşkil edir.

Planşetdə təkcə Wi-Fi modulunun quraşdırılması müvafiq olaraq 16, 32 və 64 Gb yaddaşla 549, 659, 769 manat təşkil edəcək.

Musayevin sözlərinə görə, Bakıda yeni iPad-ın satışına saat 19:00-da başlanacaq. Azərbaycanda satışa Rusiya və Ukrayna ilə birlikdə başlanır.

Əvvəlki modellə müqayisədə qurğunun ekranı daha genişdir. Bundan əlavə yeni iPad Apple-ın məhsul xəttində LTE mobil şəbəkə standartında məlumatların ötürülməsini dəstəkləyən ilk qurğu olacaq.

Bununla birlikdə şirkətin kataloqunda olması məhdudlaşan Apple planşetlərinin əvvəlki nəsli ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti