...

“Bakı Kristal Zalı”nın ərazisindəki avadanlıqların sökülməsinə başlanılıb

Telekommunikasiya Materials 30 May 2012 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi "Bakı Kristal Zalı"nın ərazisində quraşdırılan avadanlıqların sökülməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İB-nin çərşənbə günü verdiyi məlumatda deyilir.

Yayım avadanlıqlarının gələcəkdə digər tədbirlərin yayımında istifadə edilməsi nəzərdə tutulub.

Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin çəkilişinin HD formatlı canlı yayımını Bakı şəhəri və Abşeron yarımadası ərazisində təmin etmək məqsədilə, HD TV proqramının Teleqülləyə ötürülməsi təmin edilib. Hazırda, 48-ci TVK-da işləyən Almaniyanın "Rohde & Schwarz" şirkətinin istehsalı olan, 2,6 kVt-lıq gücə malik, DVB-T standartlı, HD (yüksək keyfiyyətli) yayım formatlı verici, Bakı Teleqüllə kompleksində quraşdırılaraq istismara verilib. Nəticədə, İctimai Televiziyanın proqramlarının yüksəkdəqiqlikli-HD yayımı həyata keçirilir.

Həmçinin, Bakı və Gəncə şəhərlərində quraşdırılmış Up-link stansiyaların hər birində bir ədəd olmaqla, "Vertex" şirkətinin antenaları quraşdırılıb və istismara verilib. Eyni zamanda, İTV, Gəncə və Bakı Teleqüllə kompleksi arasında "Netinsight" şirkətinin istehsalı olan "Nimbra" avadanlıqları quraşdırılıb istifadəyə verilib. Beləliklə, Bakı şəhərində, "Bakı Kristal Zalı"nda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin çəkilişinin yüksək keyfiyyətlə yayımının təşkili üçün bütün lazımi tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti