...

London-2012 Olimpiya Oyunlarının nəticələri mobil telefonunuzda

Telekommunikasiya Materials 30 İyul 2012 11:49 (UTC +04:00)
Azərbaycanın Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşı "Nar Mobile" mobil operatoru London- 2012 Olimpiya Oyunları ilə əlaqədar öz abunəçilərinə yeni xidmət növünü təklif edir.
London-2012 Olimpiya Oyunlarının nəticələri mobil telefonunuzda

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycanın Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşı "Nar Mobile" mobil operatoru London- 2012 Olimpiya Oyunları ilə əlaqədar öz abunəçilərinə yeni xidmət növünü təklif edir. Belə ki, yeni SMS xidmətinə abunə olan "Nar Mobile" abunəçiləri Olimpiya Oyunları müddətində yarışlar haqqında yenilikləri, nəticələri və digər məlumatları əldə edə biləcəklər.

Xidmətə qoşulmaq üçün abunəçi START AZE yazaraq 2012 qısa nömrəsinə mesaj göndərməklə Azərbaycanın Olimpiya yığmasının nəticələri ilə tanış olmaq imkanını əldə edəcək. Abunəçilər digər xidmət seçimləri ilə tanış olmaq üçün isə HELP sözünü 2012 qısa nömrəsinə göndərməlidirlər. Abunəçi xidmətdən çıxmaq istədiyi təqdirdə isə eyni nömrəyə STOP AZE göndərməlidir.

Xidmət haqqı cəmi 1 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti