...

Azərbaycanın yerli xəzinədarlıq orqanları Mərkəzi Bankın kütləvi ödənişlər sisteminə qoşulur

Telekommunikasiya Materials 1 Oktyabr 2012 12:47 (UTC +04:00)
Zaqatala rayonunun yerli xəzinədarlıq orqanı oktyabrın 8-dən Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş İnformasiya Sistemi bazasında ödənişlərin avtomatlaşdılrılmış sisteminə (APUS - Automated payment utility service) keçir.
Azərbaycanın yerli xəzinədarlıq orqanları Mərkəzi Bankın kütləvi ödənişlər sisteminə qoşulur

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Zaqatala rayonunun yerli xəzinədarlıq orqanı oktyabrın 8-dən Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş İnformasiya Sistemi bazasında ödənişlərin avtomatlaşdılrılmış sisteminə (APUS - Automated payment utility service) keçir. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan Vergilər Nazirliyindən bildirilib.

Bu istiqamətdə işlər elektron ödəniş sisteminin inkişafı, avtomatik hesablamanın qurulması sferasının genişləndirilməsi, operativ məlumatların işlənməsi, dövlət büdcəsinə daxil olan vəsaitlərə nəzarət və onlardan effektiv istifadənin gücləndirilməsi məqsədi ilə aparılır.

Mərkəzi Bankın klirinq sistemi ilə inteqrasiya nəticəsində ödəmələr real zaman rejimi ilə həyata keçiriləcək.

Bu gün APUS sisteminə 58 struktur qoşulub. Onlardan 46-sı maliyyə təşkilatıdır ki, onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında göstərilən xidmətlər üzrə ödənişləri qəbul edə bilərlər. Sistemə dörd milyondan çox abunəçi haqqında informasiya yüklənib və istifadəçilərin sayı 64 mindir. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində iki milyondan artıq ödəniş olunur. Statistikaya əsasən, sistemin işə salındığı andan 53 milyondan çox ödəmə sazişi həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti