...

Azercell ilk dəfə olaraq regional media nümayəndələri üçün təlimlər keçirib

Telekommunikasiya Materials 22 Oktyabr 2012 11:38 (UTC +04:00)
Fəaliyyətə başladığı gündən mətbuatla əlaqələrinə böyük önəm verən Azercell Telekom 20 oktyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən KİV nümayəndələri üçün təlim kursu təşkil edib.
Azercell ilk dəfə olaraq regional media nümayəndələri üçün təlimlər keçirib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Fəaliyyətə başladığı gündən mətbuatla əlaqələrinə böyük önəm verən Azercell Telekom 20 oktyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən KİV nümayəndələri üçün təlim kursu təşkil edib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Təlim proqramında media nümayəndələrinə ilk əvvəl Azercell haqqında və eyni zamanda şirkətin indiyə qədər həyata keçirdiyi bir sıra sosial layihələr haqqında məlumat verilib. Daha sonra hal-hazırda jurnalistikada çox aktual bir mövzuya çevrilən Sosial Media barədə təlim təqdim olunub. Sözügedən təlimdən sonra bu yöndə xeyli müzakirələr aparılıb.

Eyni zamanda jurnalistlər üçün xüsusi interaktiv "Təqdimat bacarıqları" təlimi keçirilib. Layihə çərçivəsində regional media nümayəndələri dünyada baş verən jurnalistika sahəsində aktual meyllərlə tanış olub, bir-biriləri ilə tanışlıq imkanı qazanıblar.
Xatırladaq ki, Azercell Telekom MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlamışdır. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan Azercell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2011-ci ilin ilin sonuna Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti