...

TQDK "Elektron hökumət" portalına qoşulub

Telekommunikasiya Materials 13 Noyabr 2012 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir H.Vəliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) göstərdiyi xidmətləri "Elektron hökumət" portalına (ehdis.az) inteqrasiya edib.

Trend-in məlumatına görə, TQDK-nın portalda təqdim etdiyi elektron xidmətlər arasında Komissiyanın nəşrlərinin elektron versiyalarının satışı sistemi, TQDK-nın virtual ödəmə kartlarının "Goldenpay" və "Netmoney" vasitəsilə satışı sistemindən istifadə etmək mümkündür. Perspektivdə göstərilən elektron xidmətlərin sayı artırılacaq.

Qeyd edək ki, "Elektron hökumət" portalına təqribən 40 dövlət qurumu qoşulub. Portala 150-dən çox elektron xidmət inteqrasiya edilib.

Respublikanın bir sıra dövlət qurumları da portala qoşulmaq üçün müraciət ediblər və bu proses onların IT-infrastruktur hazırlıqlarından asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti