...

Avropa komissarının mətbuat katibi: Bakıda Avropa Komissiyası üzvlərinin noutbuklarına müdaxilə edildiyini göstərən dəlillər tapılmayıb

Telekommunikasiya Materials 25 Dekabr 2012 12:46 (UTC +04:00)
Bakıda keçirilən İnternet İdarəçiliyi Forumunda (IGF) (5-9 noyabr) Avropa Komissiyası üzvlərinin noubuklarına müdaxilə ilə bağlı dəlillər aşkar edilməyib.
Avropa komissarının mətbuat katibi: Bakıda Avropa Komissiyası üzvlərinin noutbuklarına müdaxilə edildiyini göstərən dəlillər tapılmayıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir H.Vəliyev/

Bakıda keçirilən İnternet İdarəçiliyi Forumunda (IGF) (5-9 noyabr) Avropa Komissiyası üzvlərinin noubuklarına müdaxilə ilə bağlı dəlillər aşkar edilməyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Avropa komissarı Nili Kroesin mətbuat katibi Rayan Hitin "Twitter" shifəsinə istinadən verdiyi məlumatda deyilir.

Bir müddət əvvəl IGF konfransda iştirak zamanı Avropa Komissiyası üzvlərinin portativ kompüterlərinə müdaxilə edilməsi ilə bağlı məlumat yayılmışdı.

Bu barədə məlumat konfransda iştirakından sonra avropalı komissar Nili Kroesin bloqunda meydana çıxmışdı. AK üzvləri kompüterlərə müdaxilə təhlükəsi ilə üzləşdiklərini "Apple" təhlükəsizlik sisteminin xəbərdarlığından öyrəniblər. Bir az əvvəl xəbər verildiyi kimi, Kroesin köməkçilərinə məxsus noutbuklara haker hücumu kompüterlər Bakıda hoteldə olarkən baş verib.

"Artıq bizim İT təhlükəsizlik xidmətlərindən mənim şəxsi kompüterimlə bağlı əhəmiyyətli yeniliklərimiz var. Kompüterdə ziddiyyətli sertifikatlar, şübhəli mesajlar qəbul olunmuşdur və parollara müdaxiləni istisna etmək mümkün deyil. Digər tərəfdən, kompüterimdə heç bir məlumat itkisi qeydə alınmayıb və zərərli proqram yoxdur. Bu xəbər bizi rahatlatdı və biz bu məsələni bağlı hesab edirik", - Rabitə Nazirliyinin məlumatına görə, Hit bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti