...

"Windows Phone" interfeysi Azərbaycan dilinə tərcümə edilib

Telekommunikasiya Materials 27 Dekabr 2012 15:24 (UTC +04:00)
"Microsoft" şirkəti "Windows Phone" interfeysinin Azərbaycan dilinə lokallaşdırılması üzrə işləri başa çatdırıb.
"Windows Phone" interfeysi Azərbaycan dilinə tərcümə edilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/

"Microsoft" şirkəti "Windows Phone" interfeysinin Azərbaycan dilinə lokallaşdırılması üzrə işləri başa çatdırıb. Bu barədə cümə axşamı Trend-ə "Microsoft Azerbaijan" şirkətindən bildiriblər.

"Microsoft" şirkətinin hazırladığı "Windows Phone" mobil əməliyyat sistemi 2010-cu il oktyabrın 11-də buraxılıb. Oktyabrın 21-də yeni platformanın bazasında ilk qurğuların tədarükünə başlanılıb.

Şirkətdən qeyd ediblər ki, hazırda "Windows 8" əməliyyat sisteminin dil paketinin Azərbaycan dilinə tərcüməsi üzərində iş aparılır.

Bu istiqamətdə işlərin 2013-cü ilin ilk rübündə yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti