...

Bakida "Microsoft Azerbaijan" şirkətinin İnnovasiya Günü keçiriləcək

Telekommunikasiya Materials 28 Fevral 2013 13:11 (UTC +04:00)
Bakıda "Microsoft Azerbaijan" şirkətinin İnnovasiya Günü keçiriləcək.
Bakida "Microsoft Azerbaijan" şirkətinin İnnovasiya Günü keçiriləcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Bakıda "Microsoft Azerbaijan" şirkətinin İnnovasiya Günü keçiriləcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbir bu il martın 6-da "Four Seasons" mehmanxanasında baş tutacaq.

"İnnovasiya Günü - şirkət tərəfindən işlənib hazırlanmış son yeniliklərə həsr olunmuş illik tədbirdir. Tədbir çərçivəsində, həmçinin yeni məhsulların texniki imkanları və üstünlükləri haqqında məlumat veriləcək. Şirkətin bu qlobal tədbiri "İnformasiya və kommunukasiya ili"nə həsr edilib", - "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov bəyan edib.

Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, Rusiya və Azərbaycanda "Microsoft" texnologiyaları üzrə məsləhətçi mütəxəssislər Maksim Boçarov və Qaçay Mirzəyevin çıxışları gözlənilir.

İnnovasiya Günü çərçivəsində "Microsoft" korporasiyası yeniliklər təqdim edəcək, habelə İKT ili üçün Azərbaycandakı inkişaf planlarını açıqlayacaq. Çıxış edənlər Microsoft-un son məhsulları olan Windows 8 əməliyyat sistemi, məhsuldar yeni Office, həmçinin, MS System Center 2012 və MS Windows Server 2012-in üstünlükləri və yeni imkanlarını nümayiş etdirəcəklər.

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı, fərdi kompüter və serverlər üçün internet-texnologiyaların işlənib hazırlanması və xidməti üzrə dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. Bundan başqa, Microsoft interaktiv (onlayn) xidmətlər təklif edir, kompüter mövzulu kitablar nəşr edir, kompüterlər üçün periferik avadanlıq istehsal edir, tədqiqat fəaliyyəti və yeni kompüter texnologiyalarının işlənib hazırlanması ilə məşğul olur. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

Microsoft-un geniş əhatəli server əməliyyat sistemləri və proqramları internet xidmətləri, habelə, effektiv biznesin təşkili üçün mükəmməl platformadır. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft" korporasiyasını dövlət və qeyri-dövlət sektorları ilə qarşılıqlı əlaqə quran, habelə, humanitar xarakterli məsələlərlə məşğul olan yeddi mütəxəssis təmsil edir. "Microsoft" Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiqetmə yolu ilə təklif edərək, Azərbaycanın inkişafına töhfə verməkdir.

Şirkət və onun məhsulları haqqında əlavə məlumatı "Microsoft" veb-serverlərində tapmaq mümkündür:
www.microsoft.com (ingilis dilli)
www.microsoft.ru (rus dilli)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti