Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda mobil telefonların IMEI-kodlarının (istehsalçı zavodun mobil telefona verdiyi unikal kod) qeydiyyatı sistemi işə salınır. Bu barədə Trend-ə cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən daxil olan məlumatda qeyd olunur.
Nazirliyin məlumatına görə, layinənin təqdimatı martın 15-də baş tutacaq.
Mobil telefonların IMEI kodların qeydiyyata GSM-operatorların müştərilərinə xidmət mərkəzlərində həyata keçiriləcək. Daha əvvəl Trend-ə layihəyə yaxın mənbə bildrib ki, mərkəzi ofis Xətai telekomunikasiya qovşağında yerləşəcək.
Azərbaycanın mobil rabitə operatorlarının müştərilərə xidmət ofislərinin və Call mərkəzlərinin əməkdaşları IMEI-kodların qeydiyyatı sisteminin işə salınması layihəsi üzrə peşəkar təlim keçiblər. Yaxın gələcəkdə IMEI-kodların qeydiyyatı Azərbaycanın poçt rabitəsinin fillial və şöbələrində də mümkün olacaq.