...

"Nar Mobile" azərbaycanlı jurnalistlər üçün "Mətbuat Klubu" yaradıb (FOTO)

Telekommunikasiya Materials 8 May 2013 16:47 (UTC +04:00)
Yarandığı gündən jurnalistlər və media nümayəndələri ilə sıx əməkdaşlıq edən "Nar Mobile" mobil operatoru KİV nümayəndələri üçün yeni formatda kommunikasiya layihəsinin təqdimatını keçirib.
"Nar Mobile" azərbaycanlı jurnalistlər üçün "Mətbuat Klubu" yaradıb (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Yarandığı gündən jurnalistlər və media nümayəndələri ilə sıx əməkdaşlıq edən "Nar Mobile" mobil operatoru KİV nümayəndələri üçün yeni formatda kommunikasiya layihəsinin təqdimatını keçirib. Bu barədə çərşənbə günü Trend-ə şirkətdən daxil olan məlumatda bildirilir.

Belə ki, fəaliyyətə başlayan "Nar Mobile Mətbuat Klubu"unda KİV nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi şəraitdə görüşlər keçiriləcək və müxtəlif mövzularda müzakirələr aparılacaq. "Nar Mobile Mətbuat Klubu"nun əsas məqsədi KİV-lərlə ünsiyyət qurmaq üçün platforma yaratmaq, ən son məlumatlarla, nailiyyətlərlə, şirkətin strategiyası və yenilikləri ilə bölüşməkdir.

May ayının 7-də "Mətbuat Klubu"nda Nar Mobile-ın rəhbərliyi iştirak edib. Tədbiri giriş sözü ilə açan şirkətin baş direktoru Kent Maknili Nar Mobile-ın 2013-cü il üzrə strategiyası, missiyası və dəyərləri haqqında söz açaraq, jurnalistlərlə münasibətlərin daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.

"Jurnalistlər və media nümayəndələri hər zaman Nar Mobile-ın diqqət mərkəzində olub və biz onlarla əməkdaşlığa böyük önəm veririk. Təsadüfi deyil ki, bu gün şirkət ilə jurnalistlər arasında dostluq münasibətləri var. Yeni yaranmış "Nar Mobile Mətbuat Klubu" bizim jurnalistlərlə yeni formatda olan kommunikasiya platformamızdır. Bu klubu yaratmaqda əsas məqsədimiz bu sahədə olan əməkdaşlığımızı daha da dərinləşdirmək, öz növbəsində, informasiya axınını daha operativ, keyfiyyətli və mükəmməl etməkdir", - Maknili bildirib.

Tədbirin sonunda jurnalistlər üçün yeni "NarMedia" tarif planı da təqdim edilib. Belə ki, yeni tarifə əsasən jurnalistlər öz aralarında cəmi 2 qəpik ödəməklə danışa biləcəklər. Tarif planı haqqında məlumatı http://narmobile.az/az/private/additional/segmentbasedcampaigns/NarMediaTariff/ Nar Mobile internet səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti