...

İnformasiya Texnologiyaları Universitetinə tələbə qəbulu başlayır

Telekommunikasiya Materials 17 May 2013 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə ali məktəblərin qəbul proqramına yeni ixtisasların daxil edilməsi barədə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə təkliflər təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, yeni ixtisaslara proqram mühəndisliyi, informasiya təhlükəsizliyi sistemləri və şəbəkə həlləri üzrə mütəxəssisləri daxil edilib.

"Azərbaycan Diplomatiya Akademiyası (ADA) ilə olan saziş əsasında bu il İnformasiya Texnologiyaları Universitetinin I kurs tələbələri ADA-da ingilis dili üzrə hazırlıq kursu keçəcəklər. Yəni İnformasiya Texnologiyaları Universitetinin hələlik ingilis dilində fəaliyyət göstərməsi planlaşdırılır. Güman edirəm ki, universitet gələn ilin sentyabrından tam gücü ilə işləməyə başlayacaq", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti