...

Microsoft-un uğur sirləri və Forbes-dan Apple üçün dərslər

Telekommunikasiya Materials 3 İyun 2013 13:06 (UTC +04:00)
Əgər sual olunsa ki, dünyanın ən uğurlu texnologiya şirkət hansıdır, çoxları Apple-ın adını çəkəcək. Şirkət ən irimiqyaslı kapitala malikdir və həm istehlakçıların, həm də investorların rəğbətini qazanıb.
Microsoft-un uğur sirləri və Forbes-dan Apple üçün dərslər

Аzərbaycan, Bakı, 3 iyun /Trend/

Əgər sual olunsa ki, dünyanın ən uğurlu texnologiya şirkət hansıdır, çoxları Apple-ın adını çəkəcək. Şirkət ən irimiqyaslı kapitala malikdir və həm istehlakçıların, həm də investorların rəğbətini qazanıb. Lakin Forbes jurnalının müəllifi Qreq Satel üçün ən uğurlusu Microsoft-dur. Hər iki şirkəti təhlil edib, müxtəlif göstəriciləri müqayisə edərək, Satel onlara gələcək üçün bir neçə faydalı tövsiyə verib.

Microsoft biznesi üç onillikdir ki olduğu kimi qalır və sabit olaraq ildə 20 milyard dollardan çox mənfəət gətirir. Əlbəttə, bu Apple-in ən mühüm gəlirləri ilə müqayisə olunacaq deyil, lakin onillik nisbi tənəzzülə baxmayaraq, Microsoft-un kapitalı 60 milyard dollar təşkil edir. Heç bir texnologiya şirkəti bu rekord göstərici ilə öyünə bilməz.

Sirr nədədir?

Microsoft heç vaxt hər hansı bir mühüm strateji səhvlər etməyib. Microsoft-un bütün keçmiş rəqibləri özlərinin təkəbbürü və uzaqgörənsizliyi nəticəsində iflasa uğrayıblar.

Apple Microsoft-dan nə öyrənə bilər?

Əhəmiyyətlidir ki, 1999-cu ildə Microsoft Apple-ın hal-hazırki durumunda idi. Indi isə Apple yenilməz şirkət təəsüratı bağışlayır. Lakin, şübhəsiz ki, irəlidə Apple-i çətin günlər gözləyir. Şirkətin aksiyaları keçən ilin payızı ilə müqayisədə 40% enib. Əfsanəvi banisini itirmiş Apple rəqabətin kəskinləşdiyi, yeni məhsul sırasının buraxılışının ləngiməsi ilə üz-üzə qalıb.
Apple Microsoft-dan aşağıdakıları nümunə götürə bilər:
Bir neçə platformanın qurulması: Bu gün hamı Windows-un hakim mövqe tutan əməliyyat sistemi qismində mövqeyinin enməsini müşahidə etsə də, Microsoft bir sıra digər güclü bizneslərə malikdir. Office, əvvəlki kimi, inhisarçıdır, "Serverlər və vasitələr" bölməsi, 18 milyard dollarlıq mənfəətlə təsir bağışlayıcı bir layihəyə çevrilib. Xbox video oyunlar sahəsinin lideri olaraq interaktiv televiziyanı platformasını inkişaf etdirir. Avtomobil bölməsi Ford Sync üçün kompüter texnologiyaları və avtomobillər üçün digər intellektual sistemlər yaradır. Azure - bulud hesablanmaları platforması olaraq gələcəyin əməliyyat sistemi olmasına şanslıdır.

Apple-in biznesi isə, əvvəlki kimi, İOS, smartfon və planşetlərdən asılıdır. Bu hal-hazırda qazanclı olsa da, vaxt keçdikcə elə də mənfəətli olmayacaq. Apple-in istehsalatında süni intellekt və yaxud bulud hesablanma həlləri kimi yeni platformalar nəzərə çarpmır (qeyd: Forbes redaksiyası Siri-ni onların hesabına salmır).

Toqquşmalardan çəkinmək: Microsoft-un mövcudluğu bircə dəfə təhlükə altında qalıb - antiinhisar iddiasına aid məhkəmə prosesinə yanlış münasibətə görə. Netscape ilə rəqabət şirkətin yüksək vəzifəli şəxslərini cari işlərdən yayındırdı, bu isə mənfəətinin nisbi azalmasına gətirib çıxardı. Görünür ki, Apple Samsung, Motorola və digərlərinə qarşı uzunsürən patent savaşları edərək həmin yolu təkrarlayır. Bunun istehlakçılar və şirkətin ümumi tərəqqisinə xidmət etməsi sual altındadır.
Səmərəli əməkdaşlıq: Vəfatından öncə Stiv Cobs Microsoft-un səmərəli əməkdaşlıq qabiliyyətinə heyran olduğunu qeyd edib, Apple-də bunu arzu etmişdir. Təəssüf ki, Stiv Cobs artıq aramızda deyil və ayrılmış şəkildə aparılan biznes mədəniyyəti yerindəcə qalıb. Bu dəyişilməlidir.
Apple-ın texnologiyalar sahəsində, həmçinin, gələcək rəqabət naminə sıx əməkdaşlığa ehtiyacı var. Əgər şirkət interaktiv televiziyaya ciddi yanaşırsa, o zaman ona güclü kontent-tərəfdaşlar lazımdı.

Apple-in Baş direktoru Tim Kuk Microsoft-dakı həmkarı Stiv Balmerə diqqətlə nəzər yetirməlidir. O, Kuk kimi daha çox operativ icraçıdır, nəyin ki texnoloji cəhətdən gələcəyi görən. Vəzifəsində çalışarkən, o ələ salınırdı və daim istefa haqqında şüarlar eşidirdi. Lakin əksər texnologiya şirkətləri başçılarından fərqli olaraq, Balmer indi də zirvədədir. Onun rəhbərlik etdiyi şirkət isə pul qazanmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti