...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1200-dən çox elektron müraciət daxil olub

Telekommunikasiya Materials 19 İyul 2013 17:29 (UTC +04:00)
Hazırda 1,5 milyon nəfərədək əhali kontingentinə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinin cavablandırılmasında elektron imkanlardan da istifadəyə xüsusi önəm verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1200-dən çox elektron müraciət daxil olub

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.Əliyev/

Hazırda 1,5 milyon nəfərədək əhali kontingentinə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinin cavablandırılmasında elektron imkanlardan da istifadəyə xüsusi önəm verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təkcə cari ilin birinci yarısında nazirliyin (www.mlspp.gov.az və [email protected]) elektron xidmətlərinə 984 müraciət daxil olub və bu müraciətlər obyektiv və ədalətli şəkildə cavablandırılıb.

Həmçinin, nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılıb və cari ilin martında nazirliyin rəsmi "Facebook" səhifəsində nazir Fizuli Ələkbərov tərəfindən 70-yə yaxın müraciət cavablandırılıb. Həmin gündən 1 iyul tarixinədək bu sosial şəbəkə vasitəsilə daha 157 müraciət qəbul edilərək cavablandırılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti