...

Əli Abbasov: Azərbaycan domeninin online-qeydiyyatı sentyabrın birindən başlayacaq

Telekommunikasiya Materials 23 Avqust 2013 13:51 (UTC +04:00)
.az milli domeninin online-qeydiyyatı sentyabr ayının birindən başlayacaq.
Əli Abbasov: Azərbaycan domeninin online-qeydiyyatı sentyabrın birindən başlayacaq

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/

.az milli domeninin online-qeydiyyatı sentyabr ayının birindən başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir Azərbaycanın milli ".az" domeninin 20 illik yubileyinə həsr edilmiş konfransda çıxışı zamanı bildirib ki, .az domen zonasında qeydiyyata alınan domenlərin sayı hələ ki, o qədər çox deyil və onun inkişafı üçün yeni stimullaşdırıcı yanaşmalar tələb edilir.

Abbasov bildirib: "Bu gün dünyada aktiv saytların sayı 250-300 milyona çatır. Azərbaycanda milli domen zonasında qeydiyyatdan keçən internet-resursların sayı 250 minə çatır. .az domen zonasında qeydiyyatdan keçən internet-resurs sayı təxminən 10 mindir və əgər respublikada real internet istifadəçilərinin sayının yeddi milyona çatdığını nəzərə alsaq, onda bu, təbii ki, azdır".

Nazirin sözlərinə görə, qeydiyyatın online rejimdə istifadəyə verilməsi domen istifadəçilərinin sayını daha da artıracaq: "Domenlərin qeydiyyatının tariflərinə gəldikdə isə, onun qeydiyyatı və xidməti elə də yüksək deyil. Bununla yanaşı, qeydiyyata alınan domenlərin sayı artdığı təqdirdə domenlərin qiyməti məsələsinə baxıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti