...

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi artıb

Telekommunikasiya Materials 10 Sentyabr 2013 16:51 (UTC +04:00)
2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox müxtəlif istehlak malları satılıb.
Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi artıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox müxtəlif istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 52 faizini ərzaq, 48 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3 faiz bəndi artıb.

Yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsilə sifariş verdiyi istehlak mallarının 85,5 faizini hüquqi, 14,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 92 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti