...

"Azercell" mobil ödənişlər xidmətini tətbiq edir

Telekommunikasiya Materials 20 Sentyabr 2013 13:51 (UTC +04:00)
"Azercell Telekom" MMC öz şəbəkə abonentləri üçün "mobile finance" xidmətini tətbiq etməyi planlaşdırır.
"Azercell" mobil ödənişlər xidmətini tətbiq edir

Azərbaycan, Bakı, 20 sentyabr/Trend, müxbir H. Vəliyev/

"Azercell Telekom" MMC öz şəbəkə abonentləri üçün "mobile finance" xidmətini tətbiq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu cümə günü şirkətin Əlavə dəyər vergisi departamentinin rəhbəri Leyla Məmmədova mətbuat konfransında deyib.

L. Məmmədovanın sözlərinə görə, bu xidmət respublikada mal və xidmətlərin ödənişini həyata keçirməyə, həmçinin ölkə daxilində və xaricdə pul köçürmələrini həyata keçirməyə imkan verəcək.

Departament rəhbəri qeyd edib ki, "mobile finance" xidmətinin tətbiqi 2014-cü ilin ortalarında gözlənilir: "Xidmətə qoşulmaq üçün Sim-kartı dəyişməyə ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti