Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/
Trans-Avrasiya informasiya supermagistralı (TASIM) layihəsinin iştirakçıları Bakıda "Bakutel-2013" sərgisi çərçivəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Trend-in məlumatına görə, sənəd özündə layihənin sonrakı reallaşdırılmasının çevrəsini, həmçinin iştirakçıların səlahiyyətlərini və rollarını, onların maliyyə xərclərini və hüquqi statuslarını müəyyən etməyi ehtiva edir.
Layihədə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi təmsil edir.
Azərbaycan tərəfdən sənədi mərkəzin rəhbəri Cəlil Cəfərov imzalayıb.