...

Azərbaycana mobil telefonların idxalı 30 faizdən çox azalıb

Telekommunikasiya Materials 13 Yanvar 2014 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 4 197,8 min dollar olan 98 108 ədəd mobil telefon və simsiz şəbəkədə çalışan digər qurğular (planşet kompyuterlər, radio telefonlar və s.) idxal olunub. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricilərlə müqayisədə (153 662 ədəd mobil telefon idxal edilib) idxal olunan mobil telefonların sayı 36,16 faiz, pulla ifadədə isə bu göstərici 43,34 faiz azalıb.

Ölkəyə hər ay orta hesabla 9 min ədədə yaxın mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 381 min dollardan çox təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti