...

Dövlət internet provayderinin istifadəçiləri haker hücumuna məruz qalıblar

Telekommunikasiya Materials 6 Mart 2014 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir H.Vəliyev/

"Aztelekom" dövlət internet provayderinin istifadəçiləri hakerlərin hucumu nəticəsində internetə çıxışda problemlərlə üzləşiblər. Bunu Trend-ə "Aztelekom" İstehsalat Birliyindən məlumat veriblər.

İB-dən deyiblər ki, problemə səbəb TP-LINK istifadəçi modemləri olub: "Bu modemlərin qorunma gücü zəif olduğuna görə hakerlər qanunsuz olaraq istifadəçilərin qurğularına çıxış əldə edə və internet şəbəkəsinə daxil olmağı məhdudlaşdıra bilərlər".

"AztelekomNet" problemi aradan qaldırmaq üçün səhifəsində ADSL-modemlərin tənzimlənməsi ilə bağlı videoməlumat yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti