...

Bakıda "Marketing Kingdom" konfransı keçirildi (FOTO)

Telekommunikasiya Materials 11 Aprel 2014 16:18 (UTC +04:00)
“Nar Mobile” mobil operatorunun baş sponsoru olduğu beynəlxalq görüş “Fairmont Baku” hotelində iki gün davam etdi
Bakıda "Marketing Kingdom" konfransı keçirildi (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Aprelin 10-da "Fairmont Baku" hotelində dünyanın ən tanınmış marketoloqlarının iştirakı ilə "Marketing Kingdom" konfransı öz işinə başladı.

"Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə təşkil edilən ikigünlük beynəlxalq tədbir zamanı marketinq mütəxəssislərinin keçirdiyi biri-birindən fərqli və rəngarəng təqdimatlar ölkənin marketinq mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Bölgədə təşkil edilən ən möhtəşəm marketinq tədbiri olma özəlliyinə sahib "Marketing Kingdom" düşüncə platformunda Meri Co Cakobi, Sebastian Mikotsi, Hyubert Qreyliş, Riçard Byumont kimi görkəmli marketoloqlar iştirak edərək öz təcrübələrini bölüşüb, "BP America", "Royal Dutch Shell", "Lehman Brothers", "HSBC", "Pepsi Co", "Philips" və "Rolls Royce" kimi dünyanın aparıcı ticarət nişanlarının marketinq strategiyası və dünyada olan tendensiyalardan bəhs ediblər.

Məruzəçilər arasında "Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknilinin təqdimatı xüsusi maraq doğurub.

Qeyd edək ki, Azərbaycanda ikinci dəfə təşkil edilən tədbir "P World" beynəlxalq agentliyi tərəfindən keçirilir. "Nar Mobile" mobil operatoru tədbirin "platin" sponsoru, "PAŞA Bank" isə "gold" sponsorudur.

Hər il dünyanın 5 ölkəsində keçirilən "Marketing Kingdom" Avropanın ən böyük marketinq tədbiri hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti